Play Store

Minskdə Dayanıqlı İnkişaf Məqsədləri üzrə milli koordinatorların regional forumu keçirilib

21-22 fevral tarixlərində Minskdə Belarus və Birləşmiş Millətlər Təşkilatının (BMT) birgə təşkilatçılığı ilə “Dayanıqlı inkişaf sahəsində milli səylərin dəstəklənməsi üçün əməkdaşlığın qurulması” mövzusunda Avropa və Mərkəzi Asiya ölkələrində Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsi üzrə milli koordinatorların Regional Forumu keçirilib.

İqtisadiyyat Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, forumun əsas məqsədi “Dayanıqlı İnkişaf üzrə 2030 Gündəliyi”nin milli siyasətlər və təşəbbüslərə yönəldilməsi, DİM-lərə nail olmağın yolu kimi bütün maraqlı tərəflərin əməkdaşlığı, sosial, iqtisadi və ətraf mühitin dayanıqlılığı istiqamətində irəliləyişin sürətləndiriciləri qismində innovativ həllərin tapılması və DİM-lər üzrə milli əlaqələndiricilər arasında tərəfdaşlığın qurulmasının təşviq etdirilməsidir.

Tədbirdə BMT-nin Baş Katibinin müavini Amina Mohammed, Belarusun Dayanıqlı İnkişaf üzrə Koordinasiya Komissiyasının sədri Marianna Şyotkina, BMT Avropa İqtisadi Komissiyasının icraçı katibi Olqa Alqaerova, beynəlxalq təşkilatların və üzv ölkələrin nümayəndələri və beynəlxalq ekspertlər iştirak ediblər.

Tədbirdə ölkəmizi iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov təmsil edib.

Forumun birinci sessiyasında çıxış edən S.Məmmədov Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycanın bütün sahələrdə inkişaf etdiyini, mütərəqqi islahatların aparıldığını diqqətə çatdırıb, Azərbaycanla BMT arasında inkişaf edən əməkdaşlıq sahələri, Minilliyin İnkişaf Məqsədləri istiqamətində qazanılmış uğurlar, yoxsulluğun azaldılması tədbirlərini vurğulayıb. Nazir müavini qlobal problemlərin həllində iştiraka töhfə verməyə yüksək səy göstərən ölkəmizin BMT-nin üzvü olan dövlətlərin 2016–2030-cu illər üçün təsdiqlənmiş və özündə 17 Dayanıqlı İnkişaf Məqsədini,169 hədəfi birləşdirən yeni qlobal Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulduğunu, DİM-in icrası istiqamətində ölkəmizdə səmərəli institutsional mexanizmin formalaşdığını, cəmiyyətin müxtəlif qrupları ilə maarifləndirmə tədbirlərinin keçirildiyini, bu ilin sentyabr ayında ölkəmizdə Dayanıqlı İnkişafa dair Bakı Forumunun keçiriləcəyini iştirakçıların diqqətinə çatdırıb.

Forum işçi sessiya ilə işini davam etdirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR