ABŞ-la Çin arasında 500 mlrd. dollarlıq ticarət kəsirinin qarşısı alınacaq

ABŞ-la Çin arasında 500 mlrd. dollarlıq ticarət kəsirinin qarşısı alınacaq
15:57 24 Fevral 2018
Ölkə mətbuatı
A- A+

Bakı. 24 fevral. REPORT.AZ/ ABŞ Prezidenti Donald Tramp öz həmkarlarına Vaşinqton üçün "iqtisadi məğlubiyyət era"sının bitdiyini bildirib. "Report" TASS agentliyinə istinadən bildirir ki, bu açıqlamanı Prezident Merilend ştatında Respublikaçılar Partiyasının mühafizəkar dairələrinin illik konfransında verib.
Tramp ABŞ-la Çin arasında 2017-ci ildə qeydə alınan 500 mlrd. dollarlıq ticarət kəsirinin yolverilməz olduğunu qeyd edib: "İqtisadi məğlubiyyət dövrü geridə qalıb. Artıq, ABŞ-ın ziyanına olan ticarət anlaşmaları imzalanmayacaq. Çinə baxın: onu Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv etdik, o zamandan Çin raket kimi yüksəlir. Ticarət kəsirimiz belə davam edə bilməz. Çin rəhbəri Si Tsinpinə dərin hörmətim var, amma buna yol verə bilmərik".
Xatırladaq ki, Çin 1,5 trln. dollarlıq portfeli ilə ABŞ dövlət istiqrazlarına ən çox sahib olan ölkədir. ABŞ hökumətinin atacağı addımlarda bunu nəzərə alacağı istisna edilmir.

Xəbərin orijinal ünvanı: https://report.az/maliyye/abs-la-cin-arasinda-500-mlrd-dollarliq-ticaret-kesirinin-qarsisi-alinacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR