Qvardiola "Mançester Siti" ilə müqaviləni

"Mançester Siti" baş məşqçisi Pep Qvardiola ilə yeni müqavilə imzalamağa hazırlaşır.

Metbuat.az-ın “Daily Mail”ə istinadənn yaydığı xəbərə görə, yeni müqavilənin müddəti 2021-ci ilin iyun ayına qədər nəzərdə tutulub.

İspaniyalı mütəxəssisin illik gəliri isə 20 milyon funt-sterlinq olacaq.

Qvardiola “şəhərlilər”lə ilk titulunu qazandıqdan sonra müqaviləyə qol çəkmək istəyir. Qeyd edək ki, Qvardiolanın hazırkı sözləşməsi 2019-cu ilin iyun ayında başa çatacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR