Yəməndə iki partlayış törədilib

Yəmənin paytaxtı Adendə terrorçular tərəfindən hərbi antiterror düşərgəsinin yaxınlığında partlayıcı maddə ilə doldurulmuş iki avtomobil partladılıb, daha sonra isə terrorçular və hərbçilər arasında atışma başlayıb.

Metbuat.az-ın məlumatına görə, partlayış və atışma nəticəsində 6 nəfər həlak olub, 43 nəfər isə xəsarət alıb. İŞİD terror qruplaşması baş verənlərə görə məsuliyyəti öz üzərinə götürüb.

Məlumata əsasən, ölənlərin 3-ü təhlükəsizlik xidmətinin əməkdaşı, 3-ü isə mülki şəxs olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR