Səməd Seyidov Türkiyənin Baş naziri və parlament sədri ilə görüşəcək

Türkiyənin Baş naziri Binəli Yıldırım və Türkiyə Böyük Millət Məclisinin (parlament) sədri İsmayıl Kahraman Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşəcək.

Türkiyə parlamentindən verilən məlumata görə, görüşlər bu gün baş tutacaq.

Bundan başqa, bu gün TBMM-in Xarici işlər komissiyasının sədri Volkan Bozkırla Səməd Seyidovun görüşü də nəzərdə tutulur.

Qeyd edək ki, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri S.Seyidov, deputatlar Sevinc Fətəliyeva, Asim Mollazadə və Cavanşir Feyziyev Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin Xarici əlaqələr komitələrinin üçtərəfli görüşündə iştirak etmək üçün martın 1-dək Türkiyənin paytaxtı Ankara şəhərində səfərdə olacaqlar.

Toplantıda bir sıra regional məsələlər müzakirə olunacaq, nümayəndə heyətlərinin beynəlxalq təşkilatlarda qarşılıqlı faydalı əlaqələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılacaq.

Tədbirin sonunda hər üç ölkənin qanunverici orqanlarının Xarici əlaqələr komitələri arasında əməkdaşlığa dair protokol imzalanacaq. //Trend


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR