"Report" xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 37-ci sessiyasının yüksək səviyyəli seqmentində çıxışı zamanı deyib.
O vurğulayıb ki, Azərbaycan bütün xüsusi prosedur mandat sahiblərinə xüsusi dəvət göndərib: "Biz onların üzv dövlətlərlə əməkdaşlıq və dialoq vasitəsilə insan hüquqlarının təşviqində mühüm rolunu tanıyırıq. Həmçinin, Azərbaycan Universal Dövri Hesabata əhəmiyyət verir və 2016-cı ildə aralıq hesabat təqdim edib. Bizim üçüncü UDH 2018-ci ilin mayında nəzərdən keçiriləcək.
Biz BMT-nin insan hüquqları üzrə müqavilə orqanları ilə əməkdaşlığa sadiqik. Keçək il Azərbaycan İnsan Hüquqları üzrə Ali Komissar tərəfindən müqavilə orqanlarına tam hesabat verməkdə 33 üzv dövlətdən biri adına layiq görülüb".