Müğənnilər Roza Zərgərli ilə Sevil və Sevinc Səfərova arasında illərdir davam edən qalmaqal yenidən böyüyüb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, əkizlər "ATV maqazin onlarla"ya açıqlamasında sənətçinin adını çəkmədən ona söz atıblar. Bacılar Rozanı yalan danışmaqda günahlandırıblar:

"İnşallah, Acun İlıcalı onu həbs etdirsin. Onun haqqına girib. Deyirdi ki, guya bizi "O səs Türkiyə"yə o göndərib. Onun oxumasını istəmirəm. Onun yerinə olsaydıq, heç oxumazdıq. Ola bilsin cazibədar xanımdır. Biznes-ledi olsun, boyuna və bədəninə çox yaraşır".

R.Zərgərli isə Sevil və Sevincin atmacasına belə cavab verib:

"Öz haqqımda danışmağa kiməsə icazə vermirəm. Özüm də kiminsə haqqında danışmıram. Yanımda olmayan haqqında danışmaram. Problemi realda çözürəm".

Milli.Az