"Bakı şəhər kartının vaxt limiti olacaq, amma həmin müddətdə xidmətlərdən limitsiz istifadə edə biləcək. Kartlar həm yerli, həm də xarici vətəndaşlar üçün istifadəyə veriləcək".
Publika.az xəbər verir ki, bu sözləri Milli Turizm Təbliğat Bürosunun mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.
Onun sözlərinə görə, kartlar 24, 72 saatlıq və 1 həftəlik olacaq. Qiymətləri isə 35, 60 və 90 manatlıq nəzərdə tutulub:
"Belə bir kart dünya təcrübəsində var. Bakıda da belə bir karta çoxdan ehtiyac var idi. Kart sahibləri ictimai nəqliyyat və muzeylərdən istifadə edə biləcək".