Burkina-Fasonun paytaxtı Uaqaduquda Fransa səfirliyinin yaxınlığında terror aktı baş verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, hadisə şahidləri avtomobildən bir qrup şəxsin çıxaraq atəş açmağa başladığını deyib.

Atəş səslərinin hazırda da eşidildiyi bildirilir.

Fransanın Burkina-Fasodakı səfirliyi öz ölkə vətəndaşlarına müraciət edərək küçəyə çıxmamağa çağırıb.

Hadisənin digər təfərrüatları hələlik məlum deyil.

Milli.Az