Fevralın 2-də Respublika Narkoloji Mərkəzində yanğın zamanı həlak olmuş 25 nəfərdən 9-nun meyiti ailələrinə təhvil verilib.

Milli.Az "Report"a istinadən bildirir ki, ölənlərin ailə üzvləri Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomoiya Birliyinə gələrək meyitlərə baxış keçirdikdən sonra mümkün olub.

Nəticədə yalnız 9 nəfərə aid meyit yaxınları tərəfindən tanınıb və hüquq-mühafizə orqanlarının apardığı müvafiq ekspertiza prosedurundan sonra onların cənazəsi qohumlarına verilib.

Kimliyi bilinən 9 meyitin ad və soyadı hələ ki, açıqlanmır.

Hazırda digər 16 meyitin şəxsiyyətinin müəyyənləşdirilməsi məqsədi ilə ekspertiza işləri aparılır.

Milli.Az