Türk bayrağına qarşı hörmətsizlik

Türkiyənin İzmir şəhərinin Buca rayonunda kimliyi məlum olmayan iki şəxs bir iş yerindəki Türk bayrağını nalayiq şəkildə sökərək yerə atıb.

Metbuat.az xəbər verir ki, hadisə "Senaye Sitesi" adlı yerdə baş verib. Məlumata görə, naməlum iki şəxs yük maşını ilə səhər saat 06:00 radələrində Türk bayrağının aslı olduğu iş yerinin önünə gəlib. Maşından enən şəxslər ətrafda heç kimin olmadığından istifadə edərək bayrağı yerindən sökərək atıblar. Həmin anlar təhlükəsizlik kameralarına düşüb.

Polis məsələ ilə bağlı araşdırmaya başlayıb.

Aysel Yaqubqızı / Metbuat.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR