Bakının bu ərazisində su olmayacaq

Bayılda suyun verilişində məhdudiyyət olacaq.

“Azərsu” ASC-dən Metbuat.az-a verilən məlumata görə, məhdudiyyət Bayıl qəsəbəsi ərazisində yerləşən su nasos stansiyasının elektrik enerjisi ilə təchizatında yaranmış problemlərlə əlaqədardır.

Belə ki, 09 mart 2018-ci il tarixdə 20-ci sahə yaşayış massivinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.

Bakı Metropoliteni işçi axtarır - Vakansiya var - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR