Bal arıları üçün süni çiçəklər yaradıldı

Dünyada bal arılarının populyasiyası kəskin surətdə azalmaqdadır. Onlar iqlim dəyişikliyinə tab gətirməyərək infeksiya və parazitlərə qarşı daha gücsüz vəziyyətə gəliblər. Həmçinin, bal arılarının sayının azalmasında bitkilərə vurulan pestisid və ziyanlı gübrələr də mənfi rol oynayır.

Metbuat.az-ın məılumatına görə avstraliyalı rəssam Mayk Kendi məsələyə rəssam gözü ilə baxaraq maraqlı şıxış yolu tapıb. O, bal arıları üçün süni çiçəklər hazırlayıb. 3 D printerdə raps (Brássica nápus) çiçəyi formasında hazırlanmış çiçəklərin hər birinin ortasında çiçək tozu üfürən boru quraşdırılıb. Süni nekatr su, şəkər və çiçək tozlarından ibarətdir. Rəssam həqiqi çiçək tozlarını toplamaq üçün elə bal arılarının öz əməyindən istifadə edib. Belə ki, o, bal arılarının yuvasıl qarşısında quraşdırılmış yapışqan qurğuda bal arılarının ayağına yapışan tozları toplayaraq süni çiçəklərin içərisinə doldurur.

Süni çiçəklər bal arılarına maraqlı gəlib və onlar bu süni çiçəklərdən təbii çiçəklər qədər istifadə etməyə başlayıblar.

3D printerdə hazırlanmış çiçəklər tamamilə təhlükəsizdirlər. Bu icad bəlkə də qlobal səviyyədə bal arılarını xilas etməyəcək , lakin rəssam bununla bal arılarının məhv olmasına diqqət çəkməyi bacarıb.


Seçkidə əks səs verənlərlə cinsi əlaqəyə girəcəyini dedi - VƏ SÖZÜNÜ TUTDU / VİDEO - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR