15 il sonra çayın suyunu boşaltdılar -

Paris bələdiyyəsi paytaxtdan keçən Sena çayını təmizləmək üçün kanalın suyunu qurudub.

Metbuat.az-ın məlumatına görə, ortaya çıxan mənzərə hamını təəccübləndirib. Çayın yatağında müxtəlif əşyalara rast gəlinib. Onların arasında kəsici alətlər, velosiped, müxtəlif bəzək əşyaları, qab-qacaq, mobil cihazlar, dəmir pullar və digər əşyalar olub.

Diqqətçəkən əşyalar yığılaraq sərgiyə qoyulacaq. Qeyd edək ki, Sena çayında sonuncu dəfə oxşar təmizlik 15 il əvvəl aparılıb.

Sübhan / METBUAT.az



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR