Adətən müəyyən bir hissəsi tikilmiş binadan mənzil alan vətəndaşlar həmin binanın tikilib başa çatdırılacağından əmin olmurlar. Şirkət müflis olub tikintini davam etdirə bilməyəndə isə verdikləri pulu geri ala bilmirlər. Bəs belə halların baş verməməsi üçün xarici ölkələrdə hansı təcrübə tətbiq olunur?

Milli.Az bildirir ki, bir çox ölkələrdə belə problemlərin yaşanmaması üçün tikinti şirkətlərinin mülki məsuliyyəti sığortalanır.

Sığorta eksperti Daşdəmir Niftəliyev deyir ki, hazırda Azərbaycanda sığortanın bu növündən istifadə olunmur. Ancaq belə bir təcrübə bir çox problemlərin qarşısını ala bilər.

Qeyd edək ki, Bakıda hazırda tikintisi yarımçıq qalan çoxlu sayda bina var. Bu isə mənzil almaq üçün verdiyi pulları geri ala bilməyən yüzlərlə vətəndaş deməkdir. Əgər bu sahədə qabaqcıl təcrübə tətbiq olunarsa, belə problemlər də bir daha yaşanmaz. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Tikinti şirkətlərinin fırıldağından bu yolla qurtulmaq mümkündür - TƏFƏRRÜAT - VİDEOTikinti şirkətlərinin fırıldağından bu yolla qurtulmaq mümkündür - TƏFƏRRÜAT