Şamaxıda 4, Şabranda 8 otaqlı ev yanıb

Şamaxı və Şabran rayonlarında yanğın olub.

Metbuat.az-ın FHN-in saytına istinadən verdiyi məlumata əsasən, Şamaxı rayonunun Meysəri kəndində ümumi sahəsi 117 m² olan birmərtəbəli, 4 otaqlı evin 1 otağının tavanı 18 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Şabran rayonunda ümumi sahəsi 270 m² olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 16 m² sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Namizədliyin qeydə alınması üçün sənədlərin - təqdim edilməsi başa çatır - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR