Gürcüstanın baş naziri Azərbaycana rəsmi səfərə gəlib

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Azərbaycana rəsmi səfərə gəlib.

Metbuat.az-ın APA-ya istinadən məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstan baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Baş nazir Giorgi Kvirikaşvilini Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıblar.

Gürcüstanın və Azərbaycanın dövlət himnləri səsləndirilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR