Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında aviasiya sazişinin imzalanması "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) yenidən qurulmasından sonra baş tutacaq.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev Brüsseldə "Şərq Tərəfdaşlığı"nın yeni institusional strukturunun işə salınmasına həsr olunmuş tədbirin kuluarlarında deyib.

Nazir müavini vurğulayıb ki, aviasiya sazişinin hazırlanması praktiki olaraq başa çatıb:

"Lakin hazırda AZAL-ın yenidən qurulması haqqında qərar var. Bu yenidənqurmadan sonra - artıq müvafiq struktur seçilib - həmin saziş imzalanacaq".

Milli.Az