Azərbaycan neftinin SON QİYMƏTİ

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti martın 13-də 65,85 dollar/barel təşkil edib ki, bu da bazar ertəsinə olan göstəricidən 0,2 dollar/barel azdır.

Bu barədə Metbuat.az-a ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti martın 13-də 65,2 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,2 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti martın 13-də 60,54 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,28 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə martın 13-də 64,09 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,34 dollar/barel azdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR