Gecələr yatağın altına soğan qoyub yatsanız...

Gecələr yatağın altına soğan qoyub yatsanız...
10:38 15 Mart 2018
Ölkə mətbuatı
A- A+

Soğan yalnız yeməklərə dəd verən tərəvəz deyil, ondan həm də alternativ tibbdə geniş istifadə edilir.

Publika.az bu yazıda oxucuları soğanın fərqli istifadə qaydası ilə tanış edib. Təbiblərin fikrincə, gecələr yatağın altına bir ədəd soğan qoymaq sağlamlıq baxımından faydalıdır.

Soğan, xolesterini aşağı alır, qan laxtalanmasının qarşısını alır, eləcə də astma, xroniki bronxit, soyuqdəymə, diabet kimi xəstəliklər və müxtəlif infeksiyalarla mübarizə aparmaq üçün güclü antioksidant qaynağıdır. Soğan həm də müxtəlif xərçəng növlərinin yaranmasına mane olur. Aparılan tədqiqatlar göstərir ki, soğanda olan güclü antioksidant və kükürd öskürəyə də müalicəvi təsir göstərir.

Keçməyən öskürəyə qarşı sadə üsul

Yarım soğanı kasanın içinə qoyun. Üzərinə qaynar su əlavə edib kasanı ya yatağın altına, ya da yatağa yaxın yerdə masanın üzərinə qoyun. Səhəri gün otağınızdan kəskin qoxular gələ bilər, amma araşdırmalar zamanı məlum olub ki, bu üsul öskürəyi kəsir.

Aytən


Xəbərin orijinal ünvanı: http://publika.az/news/saghlamliq/234367.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR