Cənubi Qafqaz indi stabilliyin və təhlükəsizliyin pozulmasına yönəlmiş mürəkkəb, multimodal geosiyasi proseslərə məruz qalıb. Bölgəmiz ABŞ, Rusiya, İran və digər ölkələrin geostrateji, habelə hərbi-siyasi maraqlarının kəsişməsindədir.

Rusiyanın bölgədə təsir imkanlarını artırıb təzyiq rıçaqlarını gücləndirmək, xüsusilə də tam nəzarətə alaraq xarici və daxili siyasətini bütünlüklə kontrolda saxladığı Ermənistanın durumunu nəzərə alsaq, Qərbin, xüsusilə də ABŞ-ın aktivliyi anlaşılandır.

Rusiyanın atdığı addımların nəticələrini zəiflətmək, belə siyasətin qarşısını almaq üçün ABŞ illərdən bəri geosiyasi alternativlər arayır. Konseptual-analitik baza baxımından Cənubi Qafqazı böhranlı, bölünmüş və başlıcası, məhdud xaoslaşmaya meylli məkan hesab edən Birləşmiş Ştatlar yaşanan proseslərin kökündə geosiyasi, hərbi-siyasi, sivilizasion və digər modellərin durduğunu hesab edir.

Bu, nəzəri baxımdan belədir.

Erməni nazirlər agent çıxdı: casus şəbəkəsindəki adamların SİYAHISI

Faktiki olaraq amerkalılar Ermənistana daha sərt və effektiv təsir etmək üçün bütün regiondakı mövqelərini sistemli şəkildə, fərqli amillərdən yararlanaraq artırır.

ABŞ-ın maraqlarının təminatı isə bölgədəki strukturlarının iş tipindən, keyfiyyətindən, xüsusilə də casus şəbəkəsinin və rezidentlər sisteminin fəaliyyətindən asılıdır.

Məhz bu səbəbdən ABŞ Rusiyanın forporstu olan Ermənistanda rezidentlərinin və casuslarının sayının artırır.

ABŞ-ın Ermənistandakı səfirliyi, USAİD təşkilatı ilə yanaşı, İrəvandakı bir sıra strukturlarda, xüsusilə də dövlət qurumlarında Vaşinqtonun maraqlarına xidmət edən və bunun üçün bütün vasitələrdən istifadə edən insanlar çalışırlar.

Beynəlxalq haker qruplaşmasının erməni nazirlər, məmurlar və media rəhbərləri ilə amerikalı diplomatların yazışmalarını ələ keçirərək əldə etdikləri informasiya sensasion sayıla bilər.

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Ermənistandakı əməkdaşlarının siyahısı belədir:

· Makişa Sova, ABŞ-ın Ermənistandakı səfirliyinin birici katibi, MKİ-nin rəsmi nümayəndəsinin müavini

- Bredli Filpot, təhlükəsizlik zabiti

· Riçard Hetç, ABŞ-ın Ermənistandakı səfirliyinin ikinci katibi

· Couz Lardizabel, ABŞ-ın Ermənistandakı səfirliyinin ikinci katibi

· Adam Kolvin, səfirliyin ikinci katibi, vitse-konsul

Erməni nazirlər agent çıxdı: casus şəbəkəsindəki adamların SİYAHISI

ABŞ MÜdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin (Kİ) Ermənistanda fəaliyyət göstərən əməkdaşları:

· polkovnik Bryus Mörfi, hərbi attaşe, Kİ-nin rezidenti

· mayor Erik Larsen, hərbi attaşeliyin əməkdaşı, ABŞ-ın Təhlükələrin Azaldılması Agentliyinin (DTRA) nümayəndəsi, ABŞ-ın Ermənistandakı bioloji laboratiriyalar şəbəkəsinin genişləndirilməsi layihələrinin rəhbəri

· mayor Maykl Endrös Beşen, hərbi attaşeliyin əməkdaşı, hərbi çevrilişlər üzrə mütəxəssis

· mayor Coşua Malford, hərbi attaşenin yardımçısı

Ən maraqlı siyahı isə Ermənistanda ABŞ maraqlarına xidmət edən casuslar, yəni "verbovka" olunmuş yüksək rütbəli həxslərin adlarından ibarətdir:

· Viqen Sarqsyan, Ermənistanın müdafiə naziri. 2000-ci ildə ABŞ-dakı Fletçer adına Hüquq və Diplomatiya Məktəbində oxuyarkən verbovka olunub. "Kurator"ları: Riçard Mills və Bryus Mörfi

· David Tonoyan, fövqəladə hallar naziri. 2005-ci ildə Ermənistanın NATO-dakı daimi nümayəndəsi işləyərkən verbovka olunub. Kuratoru E.Larsendir.

· Hayk Kotancyan, Ermənistandakı Milli Müdafiə Tədqiqatları Universitetinin rəisi. 1998-ci ild C.Marşall adına Avropa Təhlükəsizlik Tədqiqatları Mərkəzində kursda olarkən verbovka olunub.

- Mikael Minasyan, Ermənistanın Vatikan və Maltadakı səfiri, Ermənistanın sabiq prezidenti Serj Sarqsyanın kürəkənidir.

· Ara Saqatelyan, Ermənistan parlamentinin aparat rəhbəri

· Samvel Farmanyan, Ermənistanda iqtidarda olan Respublika Partiyasının funksioneri, parlamentdəki Avropa inteqrasiyası komitəsinin sədr müavini, AŞPA-dakı nümayəndə heyətinin üzvü

· Aleksan Harutyunyan, Ermənistan Prezidenti Aparatının rəhbərinin müavini

Erməni nazirlər agent çıxdı: casus şəbəkəsindəki adamların SİYAHISI

Bütün bunlarla yanaşı, Ermənistandakı "İnformasiyalı Vətəndaşlar İttifaqı", "Asparez" Jurnalistlər Birliyi, Qloballaşma və Regional Əməkdaşlıq Anatilik Mərkəzi, Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisi, Erməni Helsinki Komitəsi, İrəvan Dövlət Universitetinin nəzdindəki Avropa Tədqiqatları Mərkəzi, "Pink Armenian", Ermənistan Açıq Cəmiyyət Fonduna da külli miqdarda pullar ayrılır.

Belə ki, sadəcə, 2016-1017-ci illərdə həmin qurumlardan 1,5 milyard (!) dollar məbləğində vəsait keçirilib.

ABŞ Ermənistandakı rezidenturasına və casus şəbəkəsinə, habelə Vaşinqtonun maraqlarından çıxış edərək Rusiyanın mənafelərinin bərqərar olmasına çıxış etdiklərini vurğulayan şəxslərlə təşkilatlara yüz milyonlarla dollar pul ayırsa da, effekt zəifdir.

Bəhs etdiyimiz casus və rezident şəbəkəsində təmsil olunmuş şəxslərlə təşkilatlar barədə Rusiyanın xüsusi xidmət strukturları xəbərdardır. Onlar amerikalıların fəaliyyətinin zəiflədilməsi üçün "müvafiq" addımlar atırlar.

Ermənistanda ABŞ-ın geosiyasi və geostrateji təsir rıçaqlarının güclənməsinə sərf etdiyi nəhəng məbləğdə pulları alan ermənilər isə faktiki olaraq Rusiyaya xidmətlərini davam etdirirlər.

Orxan Hun
Milli.Az