"Zenit"in hücumçusu Aleksandr Kokorin vətənində keçiriləcək dünya çempionatında iştirak edə bilməyəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, Avropa Liqasının 1/8 finalında "Leipzig"ə qarşı matçda onun diz bağları qırılıb.

Yaxın vaxtlarda Romaya yollanacaq forvard müalicəsini orda davam etdirəcək. Bərpa müddəti açıqlnmasa da, analoji zədələrin sağalması minimum 6 ay vaxt alır. Beləliklə, Kokorinin mövsümü erkən başa vurması dəqiqdir.

Onun Rusiya millisi ilə mundialda oynaması da gözlənilmir.

Milli.Az