İranda qəzaya uğrayan təyyarə ilə bağlı MARAQLI FAKT: Aras Bulut İynemlinin... - FOTO

İranda qəzaya uğrayan təyyarə ilə bağlı MARAQLI FAKT: Aras Bulut İynemlinin... - FOTO
19:13 17 Mart 2018
227 Dünya
Ölkə mətbuatı
A- A+

İranda qəzaya uğrayan, Türkiyənin “Başaran Holdinq” şirkətinə aid təyyarə haqqında yeni fakt ortaya çıxıb.

Publika.az xəbər verir ki, təyyarə hazırda maraqla izlənən “Çukur” serialının ilk bölümündə yer alıb.

“Challenger 604” tipli təyyarə serialın baş qəhrəmanı Yamaç xarakterini canlandıran Aras Bulut İynemlinin sevgilisi Senaya (Dilan Deniz Çiçek) sürpriz edərək Parisə apardığı səhnədə çəkilib.

Qeyd edək ki, İranın Çaharmahal və Bəxtiyarı əyalətində qəzaya uğrayan təyyarədə 2 qadın pilot, 1 stüardessa və 8 sərnişin həlak olmuşdu.

Zümrüd


Xəbərin orijinal ünvanı: http://publika.az/news/dunya/234629.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR