Play Store

Bakıda sərnişin stansiyasında Novruz şənliyi - FOTOLAR

Bayram günlərində ölkə vətəndaşları dəmir yolunun xidmətlərindən daha çox istifadə edirlər. Ona görə də Novruz Bayramı günlərində - 20-27 mart 2018-ci il tarixlərində "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin təşkilatlarında fasiləsiz iş rejimi təşkil edilib.

“Azərbaycan Dəmir Yolları”Qapalı Səhmdar Cəmiyyətindən Metbuat.az-a verilən məlumata görə, martın 18-də Bakı sərnişin stansiyasında sərnişinlərin və dəvət olunmuş valideyn himayəsindən məhrum olan, daun sindromlu, leykemiya və talassemiya xəstəliyindən əziyyət çəkən uşaqların bayram əhvali-ruhiyyəsini qaldırmaq üçün Novruz şənliyi keçirilib.

Novruz şənliyinin təşkilində Referans Klinik Laboratoriya Mərkəzi və KFC restoranlar şəbəkəsinin kollektivləri yaxından iştirak ediblər.

Şənliyin iştirakçıları sərnişinlərə və valideyn himayəsindən məhrum olan uşaqlara maraqlı səhnəciklər, musiqilər təqdim ediblər. Novruz bayramının əzəli-əbədi personajları olan Kosa və Keçəlin iştirakı isə sərnişinlərə əsl bayram əhvali-ruhiyyəsi yaşadıb.

Qeyd edək ki, Azərbaycanın Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın gərgin əməyi nəticəsində xalqımızın bu əziz bayramı UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu il fevralın 23-də BMT Baş Məclisinin 64-cü sessiyasında "Sülh mədəniyyəti" adlı 49-cu bəndə müvafiq olaraq "Beynəlxalq Novruz Günü" adlı qətnamə layihəsi yekdilliklə qəbul edilib, BMT martın 21-ni Beynəlxalq Novruz Günü elan edib.

Afrin əməliyyatında Türkiyə ordusunun - 46 hərbçisi şəhid olub - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR