Milli.Az qol.az-a istinadən xəbər verir ki, milli komandamızın üzvü Araz Abdullayev sabah Belarusla keçiriləcək yoldaşlıq oyunu öncəsi brifinqdə jurnalistlərin suallarını cavablandırıb.
- Hazırlıqlarınız necə gedir?
- Qurban müəllimin başçılığı altında taktiki məşqlər edirik. Baş məşqçi komandanı çox yükləmir. Çalışırıq ki, oyuna taktiki cəhətdən hazır olaq.
- Rəqib haqda nə deyə bilərsən?
- Layiqli rəqibdir. Xalqımız üçün gözəl oyun göstərmək istəyirik. Əsas məqsədimiz budur. Bundan sonra yaxşı nəticə haqda düşünürük.
- Kipr mətbuatında yazılıb ki, "Anortosis" səni 150 min avro qarşılığında "Qəbələ" dən birdəfəlik transfer etmək istəyir...
- Açığı, indi millinin düşərgəsində olduğumuz üçün bütün fikrimi qarşıdakı oyunlara vermişəm. Başqa şeylər haqda düşünmürəm. Qarşıda 2 oyun var. Həmin matçlardan sonra bu haqda danışmaq olar.
- Zədədən sonra əvvəlki formanı yığa bildin?
- Əlavə məşqlər edirəm ki, formamı yığım. Qarşıdakı 2 oyunda çalışacam ki, əvvəlki formamı bir az da qaytarım.
- Xaricdə çıxış etmək bir insan və futbolçu kimi sənə nə verib?
- Ölkə xaricində oynayıb, milli komandaya dəvət alanda özünə daha çox güvənirsən. Çalşıram ki, yaxşı oyunla, vurduğum qollarla Azərbaycanı layiqincə təmsil edim. Xalqımı qürurlandırım.
- İndiyə kimi millidə bir neçə mütəxəssislə işləmisən. Onlarla Qurban Qurbanov arasında nə fərq görürsən?
- Qurban müəllim futbolçuları daha sakit başa salır. Hər bir oyunçu ilə fərdi söhbətlər edir. Onunla fərdi danışığımız az olub, ona görə də tanışlığımız azdır. Amma tanıdıqdan sonra Qurban Qurbanova hörmətim daha da artdı.
- Ölkə xaricində qalıb oynamaqla bağlı sənə məsləhət veribmi?
- Yox, belə söhbətimiz olmayıb. Ancaq qarşıdakı oyunla bağlı danışmışıq.
Milli.Az
“Qurban Qurbanovu tanıyandan sonra ona hörmətim daha da artdı” – Araz Abdullayev
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
“Barselona”dan Holann həmləsi
milli.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Azərbaycan meyvə-tərəvəz idxalını artırıb
Bu gün
·
14:41
“Barselona”dan Holann həmləsi
Bu gün
·
14:24
Bakıda oğlunu öldürən qadın özünü binadan atdı
Bu gün
·
14:16
Əvəz Zeynallı vəfat etdi
Bu gün
·
13:54
Qənirə Paşayevanın bacısı onu belə yad etdi - FOTO
Bu gün
·
13:40
Bakıda və rayonlarda leysan olacaq
Bu gün
·
13:37
Vəkillər Kollegiyasının nümayəndə heyəti Polşada beynəlxalq konfransda iştirak edib - FOTO
Bu gün
·
13:33
Ronaldo oynamadı, Portuqaliya qalib gəldi
Bu gün
·
13:32
Sentyabrın 29-da havanın temperaturu kəskin dəyişəcək
Bu gün
·
13:08
Bakının bu küçələrində hər gün hərəkət məhdudlaşdırılacaq
Bu gün
·
13:03
Əraqçi: “Qiyamət savaşı olsa belə, hazırıq”
Bu gün
·
12:31
“Unibank” və “FMO” əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
Bu gün
·
12:25
Qızıldan bahalı göbələk - İtlərin köməyi ilə yığılır
Bu gün
·
12:24
Minalardan təmizlənən ərazinin sahəsi açıqlandı
Bu gün
·
12:20
Ölkəsində Salahı “boğurlar”
Bu gün
·
12:16