Cənubi Koreyada kimyəvi maddələr daşıyan gəmidə partlayış olub
Milli.Az RİA Novosti-yə istinadən bildirir ki, hadisə Cənubi Koreyanın cənub-şərqindəki Ulsan şəhərində baş verib.
Renxap agentliyinin məlumatına görə, gəmiyə azot və kükürd turşuları yüklənən zaman, yerli vaxtla 14:39-da (Bakı vaxtı ilə 09:39) partlayış meydana gəlib.
Hazırda 4 nəfərin yaralandığı barədə xəbərlər daxil olsa da, onların durumu barədə məlumat verilmir. Həmçinin kimyəvi maddələrin əraziyə dağılması barədə də məlumat yoxdur.
Partlayışın səbəbləri araşdırılır. Hadisə yerində Cənubi Koreya sahil mühafizəsinin gəmilər işləyir.
Milli.Az