Həyat yoldaşı xəyanət etdi

Metbuat.az-ın verdiyi məlumata görə, Rusiyanın Çelyabinsk şəhərində yaşayan Anna Rudenok adlı bir qadın uzun müddətdir ki, həyat yoldaşının laqeydliyindən şikayətlənirdi.

24 yaşındakı Anna Ural Dövlət Universitetində dərs deyən həyat yoldaşı Dmitri Rudenokun sosial şəbəkədəki paylaşımlarını izləməyə başlayıb.

Ərinin bəyəndiyi bir fotoşəkil diqqətini çəkən Anna 19 yaşlı Qaloti İgnatovanın profilinə girərkən gözlərinə inanmayıb. İgnatovanın yarı çılpaq bir fotosunda özünə aid pişiyi görən Anna böyük şok yaşayıb.

Qadının digər fotolarında da öz paltarlarını və evini görən Anna həyat yoldaşı ilə üzləşib. İlk başlarda arvadına tələbəsiylə xəyanət etdiyini inkar edən Dmitri Rudenok bəhanələri tükəndikdə isə qadını hədələməyə başlayıb.

Keçdiyimiz aylarda doğum edən Anna həmin fotoşəkillərin uşağıyla birlikdə ailəsini ziyarətə gedəndə çəkildiyini deyib. Evi tərk edən Anna həyat yoldaşından boşanmağa qərar verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR