Milli Məclisin xüsusi plenar iclası başlayıb.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, iclas Azərbaycanlıların soyqırımının 100 illiyinə həsr olunub.
İclası açıq elan edən Milli Məclisin spikeri Oqtay Əsədov bildirib ki, erməni şovinistlərin və onları dəstəkləyən qüvvələrin Azərbaycan xalqına qarşı düşmənçilik siyasətinin 200 ilə yaxın yaşı var.
Spiker deyib ki, Çar Rusiyası Qafqazda öz dayaqlarını möhkəmləndirmək üçün İrandan və Osmanlı İmperiyasından bir milyona yaxın ermənini məqsədli şəkildə Azərbaycan ərazilərinə köçürüb:
"Ümumiyyətlə, böyük dövlətlər öz məqsədləri üçün erməni amilindən həmişə istifadə edib, ələ keçirmək istədikləri əraziləri işğal etmək üçün erməni şovinistləri ilə müxtəlif dövrlərdə Azərbaycanda və Şərqi Anadoluda soyqırımlar törədiblər. Mart soyqırımı isə bu cinayət əməlinin ən dəhşətlisi oldu, Bakıda 12 mindən çox günahsız insan vəhşicəsinə qətlə yetirildi".
Milli.Az