Heydər Əliyev adına Beynəlxalq Hava Limanında oğurluq etmiş şəxs saxlanılıb. Lent.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən məlumatına görə, hadisə martın 17-də baş verib. Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Səfael Məmmədovun noutbukunu oğurlamaqda şübhəli bilinən paytaxt sakini Elturan Süleyman oğlu saxlanılıb.