"Liverpul"un baş məşqçisi Yurgen Klopp komandanın yarımmüdafiəçisi Əmrə Can barədə danışıb.
Milli.Az komanda.az-a istinadən xəbər verir ki, alman mütəxəssis klubla müqavilə müddəti mövsümün sonunda bitəcək türk əsilli futbolçuyla bağlı heç bir problemin olmadığını deyib:
"Əmrə Can ilə görüşlərimiz davam edir. Hazırda hər şey açıqdı, yeni anlaşma yoxdu. Onunla daim danışırıq. Bizimlə yeni müqavilə bağlamamasını çıxmaq şərtilə, hər şey qaydasındadı".
Klopp həmçinin, İngiltərə mətbuatında yayılmış Canın klub rəhbərliyindən həftəlik 200 min funt-sterlinq tələb etməsi barədə xəbərlərin həqiqətəuyğun olmadığını deyib:
"Yox, 250 min funt-sterlinq... Bu qədər maaş tələb etməsi barədə xəbərlər doğru deyil".
Milli.Az