Moskva və Ankara “S-400” raket-zenit komplekslərin tədarük qiymətinə dair razılığa gəliblər.
Publika.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Ankarada türkiyəli həmkarı Rəcəb Tayipp Ərdoğanla görüşündən sonra bildirib.
V.Putin bildirib ki, tərəflər hərbi-texniki sahədə Rusiya-Türkiyə əməkdaşlığının vəziyyətini, xüsusən, “S-400” raket-zenit komplekslərinin Türkiyəyə tədarükü layihəsinin reallaşdırılmasını müzakirə ediblər.