ATƏT Parlament Assambleyası (PA) gələn həftə prezident seçkilərini müşahidə etmək üçün Azərbaycana müşahidə missiyası göndərəcək.

APA-nın quruma istinadən verdiyi məlumata görə, ATƏTPA müşahidə missiyasına isveçrəli parlamentar Kiener Nellen rəhbərlik edəcək.

Missiyaya 20-dən çox ölkədən 40 parlamentar daxildir.

Ümumi sayı 300-dən çox olacaq ATƏT-in ümumi qısamüddətli missiyasına isə Nilza de Sena rəhbərlik edəcək. O seçkilər zamanı ATƏT PA və ATƏT DTİHB müşahidəçiləri arasında koordinasiyanı da həyata keçirəcək.

ATƏT DTİHB-nin müşahidə missiyasına isə xanım Koryen Yonker rəhbərlik edir.

Seçkilərlə bağlı ATƏT PA ATƏT DTİHB və AŞPA ilə sıx əməkdaşlıq edəcək.

Müşahidənin ilkin nəticəsi aprelin 12-də açıqlanacaq.