Fransız porno film şirkəti Səudiyyə kralının ailəsini məhkəməyə verdi

Fransız porno film şirkəti Səudiyyə kralının ailəsini məhkəməyə verdi
16:49 10 Aprel 2018
80 Digər
Ölkə mətbuatı
A- A+

 

Fransada porno film çəkən şirkət Səudiyyə Ərəbistanının kral ailəsini məhkəməyə verib.

 

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, buna səbəb Ərəbistanın 40 il xarici işlər naziri olmuş Frens Suud el Faysalın şirkətə olan borcu olub.

 

Belə ki, dünyada en uzun müddət xarici işlər naziri olmuş Suud El Faysal 2015-ci ildə öldükdən sonra porno filmləri çəkdirdiyi ortaya çıxıb. Fransız porno şirkəti olan “Atyl” sabiq nazirin sifarişi ilə çəkilən filmlərlə bağlı 90 min avronu ödəmədiyini əsas gətirərək məhkəməyə müraciət edib. Səudiyyə kralı Məhəmməd bin Səlman Parisdə Fransa prezidenti ilə görüşən zaman bu məsələdən xəbər tutub.

İddianamədə göstərilib ki, mərhum nazir ən sevdiyi fahişəsini baş rolda oynatmaq şərti ilə porno filmlər sifariş edib. Filmlərin hamısı Parisdə "Zəfər Tağı" yaxınlığında olan otellərdə çəkilib.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR