Play Store

Seçkilərdə ilk dəfə iştirak edən gənc sabah hərbi xidmətə yola düşür - FOTO

Seçkilərdə ilk dəfə iştirak edən gənc sabah hərbi xidmətə yola düşür - FOTO
12:27 11 Aprel 2018
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Həyatında ilk dəfə səsvermədə iştirak edən Şəki rayonunun Baş Layısqı kənd sakini Sarxan Əhmədov Azərbaycan Respublikasının prezidenti seçkisi günündə ikiqat sevinc hissi yaşayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, aprelin 11-də 18 yaşı tamam olan Sarxan Əhmədov səs vermək üçün 114 saylı Şəki kənd birinci seçki dairəsinin Baş Layısqı kəndində yerləşən 20 saylı seçki məntəqəsinə gələrkən xoş sürprizlə qarşılaşıb. Məntəqə seçki komissiyasının sədri Vidadi İsrafilov gənc seçicini doğum günü münasibətilə təbrik edərək, ona Mərkəzi Seçki Komissiyası tərəfindən göndərilmiş "İlk dəfə səs verən seçici" vəsiqəsini təqdim edib.

Doğum gününün prezident seçkisi gününə təsadüf etməsindən böyük qürur hissi keçirdiyini bildirən Sarxan Əhmədov sevinc hissini AZƏRTAC-ın bölgə müxbiri ilə bölüşüb: "2000-ci il aprelin 11-də anadan olmuşam. Xoşbəxtəm ki, ad günüm belə əlamətdar günə təsadüf edir. İlk dəfədir səs verirəm və bununla fəxr edirəm. Bu tarixi gün yaddaşımda xoş bir xatirə kimi əbədi qalacaq. Bir gün sonra, aprelin 12-də hərbi xidmətə yola düşəcəyəm. Çalışacağam ki, Vətənimizə layiqli övlad olum".

Sarxanın səs verdiyi məntəqədə daha 4 nəfər gənc ilk dəfə səsvermədə iştirak edir. Ümumiyyətlə, 114 saylı Şəki kənd birinci seçki dairəsi üzrə ilk dəfə səs verən gənclərin sayı 649 nəfərdir.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/641180.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR