Qırğızıstandakı səfirliyimizdə səsvermə davam edir - FOTO

Qırğızıstandakı səfirliyimizdə səsvermə davam edir - FOTO
18:27 11 Aprel 2018
25 Ölkə
Ölkə mətbuatı
A- A+

Aprelin 11-də keçirilən Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı ölkəmizin Qırğızıstandakı səfirliyində yaradılan 16 saylı Yasamal ikinci seçki dairəsinin tərkibindəki 33 saylı seçki məntəqəsi yerli vaxtla saat 08:00-da fəaliyyətə başlayıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu ölkədə yaşayan və işləyən Azərbaycan vətəndaşları saat 19:00-a qədər səfirliyə gəlib səsvermədə iştirak edə biləcəklər. Məntəqədə sərbəst şəkildə səsvermə üçün hər şərait yaradılıb.

Səfirlik tərəfindən tərtib edilmiş siyahıya əsasən Bişkek və Karabalta şəhərlərində, Çuy vilayətinin müxtəlif yaşayış məntəqələrində və Qırğızıstanın digər regionlarında yaşayan və işləyən, səsvermə hüququ olan vətəndaşlarımız səsvermədə iştirak edirlər. Bununla yanaşı, bu gün ölkədə ezamiyyətdə olan vətəndaşlarımız da səfirliyə gəlib səsvermə hüquqlarından istifadə edə bilirlər. Səfirlikdə yaradılan məntəqə seçki komissiyasının sədri Azərbaycanın bu ölkədəki səfiri Hidayət Orucovdur.

Səsvermə prosesini Qırğızıstanın Seçkilər və Referendumlar üzrə Mərkəzi Komissiyasından, eləcə də ictimaiyyətin nümayəndələri müşahidə edirlər. Qırğızıstanın kütləvi informasiya vasitələrinin nümayəndələri Azərbaycan Respublikası Prezidenti seçkilərini izləyir və işıqlandırırlar.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/641357.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR