Magistralda 160 sürətlə "uçan" avtobus - VİDEO

Magistralda 160 sürətlə "uçan" avtobus - VİDEO
21:12 12 Aprel 2018
215 Ölkə
Ölkə mətbuatı
A- A+

Sərnişin avtobusu magistiral yolda yüksək sürətlə hərəkət edir.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, kadrlar Baki-Qazax avtomobil magistralında çəkilib. Yüksək sürətlə hərəkət edən avtobusun sürücüsü sanki magistralda yox, yarış meydançasındadır.
Sürücu avtobusu saatda 160 km sürətlə idarə edir. Sürücü hətta döngələrdə də sürətini azaltmır. 10 RO 299 dövlət qeydiyyat nişanlı avtobusun içində sərnişinlərin olub-olmadığı aydın görünmür.
Yol hərəkəti üzrə ekspert Azər Allahverənov deyir ki, burda həm videonu çəkən, həm də avtobusun sürücüsü sürət həddini kobud şəkildə pozur. Qaydalara görə, avtobusların sürəti 90km/saatdan çox ola bilməz. Minik avtomobilləri üçün isə bu sürət həddi 110 kilometr saat müəyyənləşib.
Ekspert qeyd edir ki, bu kimi halların qarşısını almaq üçün mütləq sərnişin avtobuslarına nəzarət gücləndirilməlidir. Əks halda sərnişin avtobuslarının iştirakı ilə baş verən qəzaların və bu kimi qayda pozuntuların sayı arta bilər.

Baş Dövlət Yol Polisi İdarəsindən isə "Xəzər Xəbər"ə bildirildi ki, görüntülərə uyğun olaraq araşdırma aparılacaq. Əgər sürət həddi videoda qeyd olunduğu kimi müəyyənləşərsə, hər iki sürücüyə qanunda nəzərdə tutulan qaydada cərimə tətbiq ediləcək.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Magistralda 160 sürətlə


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/641784.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR