Daha bir ölkədə terror həyəcanı

Daha bir ölkədə terror həyəcanı
21:06 11 Yanvar 2015
152 Dünya
Ölkə mətbuatı
A- A+

Belçika ərazisində bir neçə terror hücumlarının qarşısı alındı.

ANS PRESS-in məlumatına görtə, bu barədə Belçikanın ədliyyə naziri Koen Qins açıqlama verib.

Onun sözlərinə görə, hüquq-mühafizə orqanları hücumların qarşısını alsa da bu barədə geniş məlumat verə bilmir.

Belçika daxili işlər naziri Jan Jambon ölkələrin terrorizmlə mübarizə üzrə əməkdaşlıq çərçivəsində xarici yaraqlıların vahid Avropa siyahısının yaradılmasının zəruriliyi barədə bazar günü bəyan edib.

DİN rəhbəri bundan öncə bəyan edib ki, Belçikada son vaxtlar terror aktlarının qarşısı alınmayıb. Bu zaman Jambon terror təhlükəsi riskini qeyd edib. Qonşu Fransada baş vermiş terror aktlarına baxmayaraq, Belçika hakimiyyəti ölkədə terror təhlükəsinin səviyyəsini qaldırmayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR