Bu gün Azərbaycanı Avrovizya mahnı yarışında ilk dəfə təmsil edən Samir Cavadzadənin doğum günüdür.
Uşaqlıda qıza oxşayan azərbaycanlı kişi müğənni kimdir? - FOTO
Milli.Az xəbər verir ki, efirlərdə görünməyi çox sevməyən müğənni sosial şəbəkə hesabında maraqlı paylaşımı ilə diqqət çəkib. Samir uşaqlıq fotosunu paylaşaraq bu gün doğum günü olduğunu diqqətə çatdırıb. Müğənninin uşaqlıqda uzun saçları ilə qıza bənzədiyi diqqətdən qaçmır.

Sakit təbiətli müğənni paylaşımına "Anam deyir ki, mən anadan olanda zəif uşaq olmuşam. Heç deməzdim. 2 yaşım var burada. Saçlarımı niyə kəsmirdiniz, bilmirəm. Amma uşaqlığım çox gözəl keçib. Öpürəm əllərindən, ana" şərhini yazıb.

Məhəmməd Vaqif
Milli.Az