Transanadolu qaz kəmərinin (TANAP) tikintisi layihəsi artıq 93 faiz başa çatıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin Əskişəhər şəhərində keçirilən mətbuat konfransında TANAP konsorsiumunun rəhbəri Saltuk Düzyol deyib.

O qeyd edib ki, artıq 1340 km uzunluğunda boru kəməri çəkilib:

"TANAP 2018-ci ilin iyulunda Türkiyənin milli qazpaylayıcı şəbəkəsinə qoşulacaq".

Milli.Az