Kanala düşən sərnişinin cəsədi tapıldı

Kanala düşən sərnişinin cəsədi tapıldı
22:36 11 Yanvar 2015
169 Ölkə
Ölkə mətbuatı
A- A+

Yuxarı Qarabağ kanalına düşən "Mercedes" markalı avtomobilinin sərnişininin cəsədi tapılıb.

ANS PRESS Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, 09.01.2015-ci il tarixində Yuxarı Qarabağ kanalının İmişli rayonu ərazisindən keçən hissəsində (ən yaxın xilasetmə məntəqəsindən 50 km aralı) “Mercedes” markalı minik avtomobili suya düşdükdən sonra qurumun dalğıc-xilasediciləri tərəfindən avtomobildə olan sərnişinin axtarışlarına başlanılıb.

Bu gün 1993-cü il təvəllüdlü Əli Rəfail oğlu Şirinovun cəsədi dalğıc-xilasediciləri tərəfindən (batdığı yerdən 6 km aralıda) tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR