Məhbus baş nazirin olduğu təyyarə ilə ölkədən qaçdı -

İslandiyada Hollivud filmlərini xatırladan hadisə baş verib.

Metbuat.az-ın məlumatına görə, Sindri Sefanson adlı məhkum həm həbsxanadan həm də ölkədən qaçıb. Maraqlısı budur ki, o baş nazir Katrin Yakobsdottirin də olduğu təyyarə ilə ölkəni tərk edib. Yerli mənbələr yazır ki, Sindri külli miqdarda Bitkoin oğurladığı üçün 3 ay əvvəl həbs olunub.

O ölkənin cənubundakı həbsxanada saxlanılırdı. Lakin Sindri təcridxananın pəncərəsindən qaçaraq, 95 km məsafədəki hava limanına gəlib. Məhbus saxta pasportla İslandiya-İsveç marşrutu üzrə uçan təyyarəyə minib. Onun həbs olunması üçün əməliyyatlar davam edir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR