“Adobe Flash” ləğv edilir - RƏSMİ

“Adobe Flash” ləğv edilir - RƏSMİ
13:03 23 Aprel 2018
Ölkə mətbuatı
A- A+

İnternet texnologiyasının sürətlə artması nəticəsində bu günə qədər aktiv istifadə edilən bir çox texnologiyalar öz fəaliyyətlərini dayandırırlar.

Publika.az xəbər verir ki, bu barədə “W3Tech” şirkətinin yeni hesabatında qeyd edilib. Cari il üçün hesablanan statistikaya görə, sadəcə aprel ayı ərzində “Flash” texnologiyasından istifadə edən saytların sayı yalnız 4,8% təşkil edib. Bu səbəbdən də “Flash” texnologiyası tədricən internetdən yox olacaq.

“Flash” texnologiyasının fəaliyyətinin dayandırılması ilə bağlı bir çox şirkətlər, eləcə də “Palo Alto Network” şirkətinin analitikləri DoS hücumlarının, sistemlərə nəzarəti ələ keçirmək üçün saytlara yeridilərək, boşluqlardan istifadə edən proqramların azaldığını bildiriblər. Belə tendensiya bilavasitə “Flash” texnologiyasından istifadə dinamikası ilə bağlıdır, çünki bu birbaşa köhnə İT məhsullarının təhlükəsizliyi məsələsində əsas boşluqlardan biridir.

Məsələ ilə bağlı “Adobe” şirkəti özü “Flash” texnologiyasının fəaliyyətinin dayandırılacağı rəsmi tarixi açıqlayıb. Rəsmilərin sözlərinə görə, 2020-ci ildən sonra bu sistem işləməyəcək. Həmin vaxt bütün şirkətlər və fəaliyyətdə olan brauzerlər (“Apple”, “Mozilla” və “Google”) sözügedən texnologiyadan istifadəni dayandıracaq.

Ləğv ediləcək “Flash” texnologiyasını əvəz edəcək sistemlər isə “HTML5”, “WebGL” və “WebAssembly” olacaq.

Könül Cəfərli


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/238505.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR