Futbol matçı zamanı azarkeşlər meydana hücum çəkdi: yaralananlar var - VİDEO

Futbol matçı zamanı azarkeşlər meydana hücum çəkdi: yaralananlar var - VİDEO
23:48 23 Aprel 2018
25 İdman
Ölkə mətbuatı
A- A+

Cənubi Afrika Respublikasında (CAR) futbol üzrə ölkə kubokunun yarımfinal matçında insident baş verib.

“Report”un məlumatına görə, “Fri Steyt Stars”ı qəbul edən “Kayze Çifs”in 0:2 hesab ilə uduzması ev sahiblərinin azarkeşlərini qəzəbləndirib.

Meydana hücum çəkən fanatlarla stadion işçiləri arasında dava düşüb. Bundan qorxuya düşən futbolçular paltardəyişmə otağına qaçmalı olublar və polis nəzarəti altında stadionu tərk ediblər.

Polis azarkeşlərin qarşısını almaq üçün səs bombalarından və gözyaşardıcı qazdan istifadə etməli olub. İnsident nəticəsində 18 nəfər xəsarət alıb.

Xoşagəlməz olaydan sonra “Kayzer Çifs”in baş məşqçisi Stiv Kompela istefa verib.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/idman/238594.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR