Ümumdünya Poçt İttifaqının yaz sessiyası Azərbaycan üçün uğurlu oldu

Ümumdünya Poçt İttifaqının yaz sessiyası Azərbaycan üçün uğurlu oldu
18:35 24 Aprel 2018
Ölkə mətbuatı
A- A+

İsveçrənin Bern şəhərində keçirilən Ümumdünya Poçt İttifaqının (ÜPİ) yaz sessiyasında Azərbaycan Poçt Administrasiyasının nümayəndələri də iştirak edirlər.
 
Sözügedən tədbirlər çərçivəsində 19 aprel 2018-ci il tarixdə keçirilən ilk Plenar iclasda ÜPİ-nin ən mühüm qurumlarından biri olan QSF (Xidmət Keyfiyyəti Fondu – Quality of Service Fund) Şurasına növbəti 3 illik dövr üzrə seçkilər keçirilib və QSF Şurasına üzvlüyə dünyanın 5 coğrafi regionundan namizədlər irəli sürülüb. Şərqi Avropa və Şimali Asiya regionundan namizədliyi verilmiş ölkələrdən biri də Azərbaycan nümayəndəsi olub.
 
Seçkilərdə ölkəmizin nümayəndəsi səs çoxluğu ilə ÜPİ-nin QSF Şurasına yenidən üzv qəbul olunub. Qeyd edək ki, Şurada dünyanın 11 ölkəsinin nümayəndələri təmsil olunur.
 
Bundan başqa, Azərbaycan Poçt Administrasiyası tərəfindən QSF proqramı çərçivəsində həyata keçirilmiş "Beynəlxalq poçt şəbəkəsinin inkişafı (3-cü hissə)" adlı layihə ÜPİ ekspertləri tərəfindən keçirilmiş qiymətləndirmənin nəticələrinə görə ÜPİ-nin "Ən yaxşı İdarəetmə" ("Best Management") Sertifikatı ilə mükafatlandırılıb.
  
Mükafat ÜPİ-nin Baş direktoru Bişar Hüseyn tərəfindən Plenar iclasda Azərbaycan nümayəndələrinə təqdim edilib.








Xəbərin orijinal ünvanı: http://ictnews.az/read-54101-news-1.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR