ABŞ-da yaşayan bir qrup Türk və Azərbaycan vətəndaşı 1915-ci il hadisələrinə dair Ermənistanın ortaya atdığı iddialara etiraz etmək üçün Çikaqo şəhər mərkəzində mitinq keçirib.
Metbuat.az "A Haber"ə istinadən xəbər verir ki, "Erməni yalanlarına yox" başlığı altındakı mitinq Miçiqan küçəsindəki Tribuna Qülləsi meydanında baş tutub.
Nümayişə qatılanlar əllərində Türkiyə, Azərbaycan, Şimali Kipr Türk Respublikası və ABŞ bayraqları daşıyıblar.
Küçəni "Ermənistan beynəlxalq qanunları pozur" və "Arxivlərinizi aça bilməzsiniz, çünki yalanlara əsaslanır" şüarları bürüyüb.
İstiqlal və İzmir marşlarının oxunduğu mitinqdə "Ən böyük Türkiyə, başqa böyük yox", "Yalançı Ermənistan" və "Daha erməni yalanı eşitmək istəmirik" şəklində şüarlar da atılıb.
Etiraz nümayişinə ətrafdakı amerikalılar da böyük maraq göstəriblər.
Aysel Yaqubqızı / Metbuat.az