ABŞ və Kanada ard-arda baş verən "ağ terror" hadisələri ilə sarsılıb.
Metbuat.az "A Haber"ə istinadən xəbər verir ki, bu hadisələrdən biri Kanadanın Toronto şəhərində baş verib.
25 yaşlı Kanada vətəndaşı Alek Minassian dünən avtomobilini səkiyə sürərək 10 nəfərin ölümünə səbəb olub. Seneka kollecində dərs deyən Alekin istintaqı davam edir.

Digər terror aktı isə ABŞ-ın Tennessi əyalətində yerləşən vafli dükanında baş verib. 4 nəfəri öldürən 29 yaşlı Travis Reyinkinq saxlanılıb.

Aysel Yaqubqızı /Metbuat.az