Türkiyə Silahlı Qüvvələri (TSQ) Suriya rejiminin zülmündən qaçan Şərq Quta xalqı üçün yardım edib.

Metbuat.az xəbər verir ki, TSQ AFAD tərəfindən Afrində qurulan nəhəng çadırların görüntülərini paylaşıb.

TSQ "Twitter"dən verdiyi açıqlamada "AFAD qurdu, Mehmetçik qoruyur. Afrinin Məhəmmədiyə bölgəsində qurulan çadır şəhərciyində Şərqi Qutadan gələn ailələrə sığınacaq verilir"-sözlərinə yer verib.

Aysel Yaqubqızı / Metbuat.az