Ermənistanda yeni baş nazirin seçilməsi məsələsi may ayında müzakirə ediləcək.

Bu barədə Ermənistan parlamentinin sədri Ara Babloyanın bəyanatında deyilir.

Qeyd edilib ki, məsələ ilə bağlı mayın 1-də xüsusi iclas keçiriləcək.

Qeyd edək ki, Serj Sarkisyan baş nazir postundan və hakim Respublika Partiyasının sədrliyindən istefa verib. //APA