Azərbaycanın media nümayəndələri Türkiyədə konfransda iştirak edir - FOTO

Azərbaycanın media nümayəndələri Türkiyədə konfransda iştirak edir - FOTO
14:38 26 Aprel 2018
Ölkə mətbuatı
A- A+

Türkiyənin Uluslararası İşbirliyi Platformunun təşkilatçılığı ilə aprelin 26-da Antalyada “Türkiyə-Rusiya iş adamlarının “Yüksələn Avrasiyada Türkiyə-Rusiya ilişkilərinin gələcəyi” Konfransı işə başlayıb. Konfransa Azərbaycandan media kapitanları da dəvət alıblar.

Konfransda APA Holdinqin prezidenti Vüsalə Mahirqızı, "Teleqraf" Media Qrupunun rəhbəri Aynur Camal, "Xəzər" televiziyasının xəbər müdürü İnqilab Məmmədov, "Trend" informasiya agentliyinin müdür müavini Arzu Nağıyev, "Yeni Müsavat" Media Qrupundan Rauf Arifoğlu və Azər Ayxan, tanınmış qəzetçi-yazar Aygün Muradxanlı və APA TV-nin əməkdaşı Azər Nagıyev iştirak edirlər.

Verilən xəbərə görə, jurnalistlərin Rusiya və Türkiyənin iş və siyasət sektorundan maraqlı adamlarla təmas qurmaq, müsahibə almaq, müzakirə aparmaq imkanları olub.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/ikt/238928.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR