Putinin "QİYAMƏT MAŞINI" görüntüləndi-

Rusiyanın "qiyamət maşını" olaraq adlandırdığı qitələrarası ballistik raket daşıyan sualtı qayığı dənizdə hündürlüyü 100 metrdən çox dalğalar yarada bilir.

Metbuat.az-ın məlumatına görə, 100 meqaton döyüş başlığı daşıya bilən gəmi, silahları ilə düşməni lərzəyə salır. Nüvə silahı üzrə mütəxəssis Reks Riçardson bildirib ki, 20-50 ton arası nüvə başlığı sahil şəhərlərini tamamilə yox edə biləcək gücdədir.

Bunu 2011-ci ildə Yaponiyada16 min nəfərin ölümünə səbəb olan sunami ilə də müqayisə etmək olar. Qeyd edək ki, rəsmi mənbələrdə gəminin adı "Status-6" olaraq göstərilir.

Sübhan / METBUAT.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR